...

İcra strukturları "Alternativ xidmət haqqında" qanun layihəsi ilə bağlı razılığa gələ bilmirlər-deputat

Siyasət Materials 13 Dekabr 2007 17:53 (UTC +04:00)
İcra strukturları "Alternativ xidmət haqqında" qanun layihəsi ilə bağlı razılığa gələ bilmirlər-deputat

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin payız sessiyasında "Alternativ xidmət haqqında" qanun layihəsi qəbul olunmayacaq. "İcra strukturları layihə ilə bağlı razılığa gələ bilmədiklərindən, layihənin qəbulu yubanır"- cümə axşamı Trend ə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc bildirib.

Azərbaycan ordusunda alternativ xidmətin tətbiq olunması müddəası Konstitusiyada da mövcuddur. Eyni zamanda, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda, "Alternativ xidmət haqqında" Qanun qəbul etməklə bağlı öhdəlik götürüb. Təşkilat bu öhdəliyin yerinə yetirilməsini tələb edir. Milli Məclisin rəhbərliyi, eyni zamanda, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, birinci vitse-spiker Ziyafət Əsgərov bildirmişdi ki, payız sessiyasında "Alternativ xidmət haqqında" Qanun qəbul olunacaq. Layihəni Prezidentin İcra Aparatı hazırlayır.

Payız sessiyası dekabrın 30-da başa çatır.

Millət vəkili qeyd edib ki, qanun layihəsi hələ Milli Məclisə göndərilməyib. Oruc payız sessiyasında qanun layihəsinin qəbulunu real saymır.

Onun fikrincə, alternativ xidmətlə bağlı məsələ Konstitusiyada əks olunduğuna və Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürdüyünə görə , Qanunu qəbul etməkdən başqa çıxış yolu yoxdur.

Xəbər lenti

Xəbər lenti