...

Banqladeş hökuməti Azərbaycana təşəkkür məktubu göndərib

Siyasət Materials 13 Fevral 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir K.Ramazanova/ Banqladeş hökuməti noyabrın 15-də ölkənin sahilyanı rayonlarında güclü "Sidr" siklonunun törətdiyi dağıntılardan zərər çəkənlərə göstərilən yardıma görə Azərbaycana təşəkkür məktubu göndərib. Bu barədə çərşənbə günü Dehlidən telefonla Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.

Qasırğa zamanı küləyin sürəti saatda 240 km-ə çatıb və şiddətli yağış yağıb. Təbii fəlakət ən azı 169 nəfərin ölümünə səbəb olub və minlərlə insan evsiz qalıb. Hakimiyyət dairələri yüz minlərlə insanı kəndlərindən təcili olaraq köçürüb. Minlərlə insan hökumət tərəfindən qurulan sığınacaqlarda məşkunlaşıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti