...

Azərbaycan müxalifəti seçkidə iqtidara alternativ uğurlu platforma təqdim edəcəyinə inanır

Siyasət Materials 7 Aprel 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Prezident seçkisində iştirak edən Azərbaycan müxalifəti seçkidə iqtidara alternativ uğurlu platforma təqdim edəcəyinə inanır.

Sağtəmayüllü Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu bazar ertəsi Trend a bildirib ki, seçki platformasında əsasən sosial-iqtisadi yönümlü problemlərin həlli əksini tapacaq.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin iqtidarın seçki platformasına alternativ platforma ortaya qoyacağına inanmır. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Trend a bildirib ki, müxalifət hakimiyyətin platformasına alternativ platforma hazırlaya biləcək mütəxəssislər ordusuna malik deyil.

Cəlaloğlu deyib ki, platformaya vətəndaşların əmək haqlarının artırılması, dövlət büdcəsinin formalaşdırılmasında yeni prinsiplərin tətbiqi daxildir. Onun sözlərinə görə, platformada, həmçinin konstitusion və hüquqi islahatlar da yer alacaq.

Cəlaloğlu bildirib ki, seçki platformasında əksini tapan bütün məsələlər seçkiyə rəsmən start veriləndən sonra açıqlanacaq.

Seçki Məcəlləsinə əsasən, platforma seçkiyə rəsmi start veriləndən sonra açıqlanmalıdır.

Müxalif Müsavat Partiyası öz seçki platformasının daha zəngin olacağı və cəmiyyətin problemlərini özündə əks etdirəcəyi qənaətindədir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Trend a bildirib ki, seçki platforması əsasən sosial yönümlü olacaq və burada Azərbaycan hakimiyyətinin iqtisadi, siyasi və beynəlxalq siyasətdə həll edə bilmədiyi problemlərin həlli öz əksini tapacaq. Müsavat funksioneri seçki platformasının cəmiyyət tərəfindən birmənalı olaraq dəstəklənəcəyinə inandığını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti