...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyasına qurultay üçün yer ayırmayıb

Siyasət Materials 9 Aprel 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayın keçirilməsi üçün yer ayrılmasına dair müraciətinə bu gün cavab verib. Bu barədə Trend a AMİP-dən məlumat verilib.

AMİP-in aprelin 20-də növbədənkənar qurultayı keçiriləcək. Partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək qurultayının ya Şəhriyar adına Mədəniyyə Mərkəzində, ya da Rəşid Behbudov adına Mahnı Teatrında keçirilməsinə icazə verilməsini istəmişdi.

Çərşənbə günü partiyaya verilən cavab məktubunda bildirilib ki, Şəhriyar adına Mədəniyət Mərkəzi Milli Təhlükəsizlik Nazirliyinin, Rəşid Behbudov adına Mahnı Teatrı isə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Ona görə də BŞİH AMİP-ə tövsiyə edib ki, partiya həmin nazirliklərə müraciət etsin: "Əgər bu qurumlarla razılaşma əldə edilərsə, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərsiniz"-deyə BŞİH-nin cavab məktubunda bildirilir.

AMİP-dən verilən məlumata görə, partiyanın Siyasi Şurası bu gün məsələni müzakirə edəcək və zəruri hesab edilərsə, bu iki nazirliyə müraciət olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti