...

Azərbaycan prezidenti dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək

Siyasət Materials 5 İyul 2008 12:01 (UTC +04:00)
Azərbaycan prezidenti dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir E.Əliyev/ Təqribən 10-a yaxın dövlət başçısı şənbə günü Astanada keçiriləcək qeyri-rəsmi sammitdə ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək. Dövlət başçılarının sammiti Qazaxıstan paytaxtının 10 illiyinə həsr olunmuş bayram mərasimi çərçivəsində keçiriləcək. Bu barədə Trend -a Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov məlumat verib.

Səfirin Astanadan şənbə günü telefonla verdiyi məlumata görə, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan prezidentləri, həmçinin İordaniya kralının Astanaya səfəri planlaşdırılır.

Prezidentlər ikitərəfli və regional əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Dövlət başçıları həmçinin kütləvi-mədəni tədbirlərdə iştirak edəcəklər. Şəhərin mərkəzi stadionunda Qazaxıstanın mədəniyyət ustaları, həmçinin dünya miqyaslı sənətçilərin iştirakı ilə qala konsert keçiriləcək.

Bayram günlərində Astanaya dünyanın müxtəlif ölkələrindən 3000-dən çox qonaq gələcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1997-ci il oktyabrın 20-də ölkə paytaxtının Almatadan Astanaya keçirilməsi barədə fərman imzalayıb, 1998-ci ilin iyun ayında isə yeni paytaxtın beynəlxalq təqdimatı keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti