İran və Türkiyə arasında müştərək dəniz əməkdaşlığı sazişi bazar ertəsi Tehranda imzalanıb. Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
İran və Türkiyə arasında müştərək dəniz əməkdaşlığı sazişini İranın Limanlar və dənizçilər təşkilatının sədri Əli Tahiri Mütləq və Türkiyənin Limanlar və dənizçilər təşkilatının sədri Həsən Naiboğlu imzalayıblar.
İmazalanma mərasimində Əli Tahiri Mütləb bildirib ki, İran və Türkiyə arasında ticarət dövriyyəsi 8,5 milyard dollar olub. Bunun 6,5 milyard dolları Türkiyədən İrana idxal olub , 2 milyard doalları isə, İrandan Türkiyəyə ixrac olunub.