Gürcüstan, Tbilisi, 05 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ "Obamanın prezident postuna gəlməsindən sonra Amerika ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq güclənəcək", -deyə Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili ABŞ -da prezident seçkisi ilə əlaqədar "Kortiard Mariott" mehmanxanasında təşkil olunan tədbirdə bildirib.
Mqaloblişvili Barak Obmanın qələbəsi münasibəti ilə Amerika xalqını təbrik edib və qeyd edib ki, bu, tarixi qələbə və tarixi gündür.
Baş nazirin sözlərinə görə, prezidentliyə hər iki namizəd tərəfindən Tbilisiyə aşkar dəstək ifadə olunub.
"ABŞ ilə iqtisadi əməkdaşlıq Gürcüstanın maliyyə böhranı ilə bağlı problemlərin öhdəsindən gəlməsi, yeni iş yerlərinin yaradılması və ölkəyə yeni sərmayələrin gəlməsinə şərait yaradacaq", - deyə Mqaloblişvili əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]