İran, Tehran, 25 noyabr/ Trend , müxbir A.Namdari/ İranın Ali dini rəhbəri hərbi hissə komandirlərini döyüş hazırlığına çağırıb.
Ayətullah Xamenei komandirlərə gözlənilməz hərbi müdaxiləyə hazır olmaq əmri verib.
İran Silahlı Qüvvələrinin komandanı general-leytenant Həsən Firuzabadi çərşənbə axşamı İslam İnqilabı Keşikçiləri Korupusu və bəsic komandirləri ilə görüşdə bildirib ki, İİR-in Ali rəhbəri bütün silahli qüvvələrin hazır vəziyyətdə olmasını istəyib.
General Qulaməli Rəşid bazar ertəsi bəyan edib ki, İran müharibə təhlükəsi qarşısındadır.
Firuzabadi deyib ki, İranda hərbi manevrlər amerikalılara xəbərdarlıq və İranın gücünü göstərmək xarakterini daşıyır.
İranlı zabitlər, müharibə baş verdiyi təqdirdə, Hörmüz boğazını bağlayacaqları barədə xəbərdarlıq ediblər.
Ötən 10 gün ərzində İranda iki böyük hərbi manevr həyata keçirilib.