...

Misirin Texniki Əməkdaşlıq Fondu Azərbaycanda yeni layihələr həyata keçirmək niyyətindədir

Siyasət Materials 10 Dekabr 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Bakıda Azərbaycan və Misirin əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər, - Misirin Azərbaycandakı səfirliyindən çərşənbə günü Trend ­-a bildiriblər.

Misirin MDB Ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun nümayəndə heyəti dekabrın 15-19-da təşkilatın Baş direktoru, səfir Sofiya Amin İbrahimin başçılığı altında Bakıya səfər edəcək, - səfirlikdən çərşənbə günü bildiriblər.

Səfərin məqsədi Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivlərinin, təhsil, səhiyyə sahəsində yeni proqramların realizə imkanlarının müzakirəsidir.

Fond 1994 - cü ildən Azərbaycana texniki yardım göstərir. Qurum hər il Azərbaycanın müxtəlif dövlət strukturlarının nümayəndələri üçün təkmilləşdirmə üzrə təxminən 20 kurs keçirir. Bu kursların keçirilməsi ilə bağlı bütün məsələlər Fond tərəfindən maliyyələşdirilir.

Sofiya Amin İbrahimin səfər proqramına Azərbaycan hökumətinin rəhbəri ilə, ölkənin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, xarici işlər naziri Elmar Məmmədyarov, səhiyyə, iqtisadi inkişaf, milli təhlükəsizlik, təhsil, mədəniyyət və turizm nazirliklərində görüşlər daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti