...

Bakı polisi saxta sənəd hazırlamağa görə axtarışda olan şəxsləri saxlayıb

Siyasət Materials 9 Fevral 2009 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir K.Zarbalıyeva/ Bakı polisi saxta sənəd hazırlamağa görə axtarışda olan şəxsləri saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən 42 yaşlı Təranə Bağırova saxlanılıb.

Bakının Xətai Rayon Polis İdarəsi 35-ci PB-nin əməkdaşları isə Cinayət Məcəlləsinin dələduzluq (178) və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə (320-ci) maddəsi ilə axtarışda olan 44 yaşlı Namiq Ələkbərovu saxlayıb.

Hər iki şəxs barəsində istintaq hərəkətləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti