...

Azərbaycanın cənubunda saat 17:00-a olan məlumata görə, seçicilərin 70 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 18 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən 75 saylı Lənkəran-Masallı seçki dairəsində saat 17:00-a olan məlumata görə, seçicilərin 70,58 faizi səsvermədə iştirak edib. 76 saylı Lənkəran-Astara seçki dairəsində isə seçicilərin 66 faizi referenduma münasibətini bildirib.

Trend -un bölgə müxbirinə DSK-dan bildiriblər ki, 73 Lənkəran şəhər seçki dairəsində 63,6 faiz, 74 saylı Lənkəran kənd dairəsində 73,6 faiz seçici səsvermədə iştirak edib.

Həmin dairələrdə 117 seçki məntəqəsi var. 110 295 nəfər seçici siyahıya alınıb.

1210 müşahidəçi var ki, onlardan 2-si beynəlxalq müşahidəçidir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəklinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti