...

Gürcüstan parlamentinin spikeri abxazlar və osetinlərlə dialoqa girir

Siyasət Materials 19 Mart 2009 17:03 (UTC +04:00)
Gürcüstan parlamentinin spikeri abxazlar və osetinlərlə dialoqa girir

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan parlamentinin sədri David Bakradze münaqişələrin nizama salınması üçün dialoqların vacib olduğunu hesab edir.

Münaqişələrin nizama salınması yolları haqqında Bakradze bu gün Çavçavadze adına Dövlət Universitetində tələbələrlə görüşündə danışıb.

"Vəziyyətin nizamlanması üçün dialoqlar vacibdir, dialoq üçün isə Rusiya işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarmalı, orada beynəlxalq qüvvələr yerləşdirilməlidir. Dialoqun yalnız bundan sonra mənası və nəticəsi olacaq", - Bakradze bildirib.

Onun sözlərinə görə, bununla yanaşı "avqust müharibəsindən sonra osetin xalqına qarşı heç bir təzyiq olmayıb".

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbiçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurulub.

"Qorxu bizim üçün xarekterik deyil və biz bundan birbaşa dialoq üçün istifadə etməliyik", - deyə Bakradze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti