...

ABŞ və İsrail arasında olan fikir ayrılıqları ölkələr arasındakı münasibətlərin səviyyəsini heç vaxt aşağı salmayıb – Amerika-Yəhudi Komitəsinin icraçı direktoru

Siyasət Materials 11 Aprel 2009 11:46 (UTC +04:00)
ABŞ və İsrail arasında olan fikir ayrılıqları ölkələr arasındakı münasibətlərin səviyyəsini heç vaxt aşağı salmayıb – Amerika-Yəhudi Komitəsinin icraçı direktoru

Amerika-Yəhudi Komitəsinin (AJC) icraçı direktoru David Harris (David Harris) xüsusi olaraq Trend üçün.

İsrail və ABŞ fələstinlilərlə sülh prosesində bir-birinə zidd mövqe tutmurlar.

Vaşinqton və Qüds sülh sazişinin imzalanmasına çalışır və anlayır ki, istənilən barışığın əldə olunması sonda Fələstin dövlətinin yaranmasına gətirib çıxaracaq.

Fikir ayrılıqları yarandığı təqdirdə, ABŞ və İsrail müttəfiq və demokratik ölkə kimi onları müzakirə edəcək, qarşılıqlı anlaşılan təmas nöqtələrini axtaracaqlar.

Hər bir ABŞ administrasiyası dövründə bu ölkə ilə İsrail arasında fikir ayrılıqları olub, lakin bu fikir ayrılıqları xüsusi münasibətlərin səviyyəsini heç vaxt aşağı salmayıb.

İsrail başa düşür ki, ABŞ nadir dost və tərəfdaşdır. ABŞ ilk növbədə İsrailin qəbul olunan qərarların nəticələrini çəkəcəyini bilir.

Başqa sözlə desək, münasibətlər qarşılıqlı hörmət və anlaşma öhdəlikləri ilə xarakterizə olunur.

İkincisi, mənə elə gəlir ki, İsrail sülh danışıqlarında kompromis mövqe tutur.

İsrail Fələstin rəhbərliyinin parçalanmasının qaçılmaz olduğunu anlayır. İran tərəfindən dəstəklənən və İsrailin məhvinə can atan HƏMAS Qəzzəni nəzarət altında saxlayır və Qərb Sahilini qəsb etməyə çalışır. Qərb Sahilini idərə edən Fələstin Muxtariyyəti çox zəifdir. Təəssüf ki, o, sülh təkliflərində tamamilə açıq olan əvvəlki Olmert administrasiyası ilə danışıqlar aparmaq şansından istifadə edə bilmədi.

Əlavə etmək lazımdır ki, təəssüf ki, bu, Fələstin liderlərinin iki dövlətin yaradılması məsələsinin həlli üzrə razılığa gəlməyə hazır olan İsrail hökuməti ilə barışığın əldə olunması şansını qaçırtdığı ilk hal deyil.

Aydındır ki, İsrailin əsas narahatlığı təhlükəsizlik məsələsidir: sərhədlərin və əhalinin təhlükəsizliyi.  

İsrailə gələn və ölkə ərazisinin kiçikliyini görən hər bir kəs İsrailin çətin qonşuluq şəraitində həqiqi təhlükəsizliyin əldə olunması üçün nələr ilə qarşılaşdığını anlayır.

İsrailin mövcudluğunu qəbul etməyə hazır olan Fələstin rəhbərliyi ilə təhlükəsizlik problemi razılaşdırılan halda, mən inanıram ki, sülh prosesində tərəqqi tez bir zamanda reallığa çevriləcək.

Məhz İsrail fələstinlilərlə münaqişədən çox, əməkdaşlıqda maraqlıdır, lakin İsrail təklikdə buna nail ola bilməz. O, etibarlı və sadiq tərəfdaşa ehtiyac duyur.

Üçüncüsü, xarici işlər naziri deyil, baş nazir ölkəni idarə edir və siyasətin istiqamətlərini müəyyən edir.

Baş nazir Netanyahu  İsrail parlamentində andiçmə mərasimi zamanı sülhün təkcə fələstinlilərlə deyil, regionun ekstremizmi və fanatizmi qəbul etməyən bütün millətləri ilə əldə olunmasının olduqca vacib olduğunu bildirib. Buna görə, ona və onun hökumətinə özünü və öz imkanlarını göstərmək üçün şans vermək lazımdır.

Unutmaq lazım deyil ki, əvvəllər İsrail liderləri demək olar ki, gözlənilməyən mühüm addımlar atıblar. Məsələn, Misirdə sülh sazişi imzalayan Menahim Beqin və qoşunların birtərəfli qaydada Qəzzədən çıxarılması barədə qərar qəbul edən Ariel Şaronun adını çəkmək olar.

Müəllifin rəyi Trend informasiya agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti