...

Gürcüstan müşahidə missiyalarından birini ölkədə saxlamaq üçün bütün səylərini ortaya qoyacaq - XİN

Siyasət Materials 29 İyun 2009 15:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyun / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan tərəfi ATƏT və ya BMT missiyalarından birinin ölkəyə qayıtması üçün bütün səylərini ortaya qoyacaq. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bəyan edib.  

Onun sözlərinə əsasən, bunun üçün hazır qayda yoxdur, lakin "güclü və təsirli beynəlxalq missiyanın işğal olunmuş ərazilərdə iştirakı" barədə ideya mövcuddur.

"Rusiyanın böyük səyləri nəticəsində hazırda ATƏT və BMT missiyaları Gürcüstan ərazisində fəaliyyətini dayandırıb. Lakin bu o demək deyil ki, məsələ artıq bağlanıb", - deyə Nalbandov qeyd edib.  

Onun sözlərinə görə, Gürcüstan tərəfi Aİ-nın müşahidə missiyasının fəaliyyətini dəyərləndirir və sözügedən missiyanın Gürcüsanın işğal olunmuş ərazilərinə daxil olmasını əsas məqsəd kimi qarşıya qoyur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti