...

MDB ölkələri ərazisindən daşınan yüklərin mühafizəsi haqqında müqavilənin hazırlanması vacib məsələlərdən biridir - Rusiya DİN

Siyasət Materials 8 İyul 2009 12:03 (UTC +04:00)
MDB ölkələri ərazisindən daşınan yüklərin mühafizəsi haqqında müqavilənin hazırlanması vacib məsələlərdən biridir - Rusiya DİN

Rusiya və Azərbaycan arasında müxtəlif sahələr, həmçinin cinayət axtarışı, iqtisadi cinayətlər ilə mübarizə və miqrasiya məsələləri üzrə əməkdaşlıq həyata keçirilir. Bu barədə çərşənbə günü Bakıda səfərdə olan Rusiya DİN-in Əmlakı Mühafizə üzrə Dövlət Departamentinin rəisi, milis general leytenantı Vladimir Saviçev  bildirib.

"Qarşılıqlı fəaliyyət elmi-texniki əməkdaşlıq, müxtəlif növ , xüsusilə özəl obyektlərin təhlükəsizliyinin təmin olunması üzrə təcrübə mübadiləsi məsələləri üzrə həyata keçirilir", - "Müasir şəraitdə mühafizə xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri" adlı Beynəlxalq elimi-praktik konfransda çıxışı zamanı Saviçev deyib.

Onun sözlərinə əsasən, Rusiya texnoloji yeniliklər və onların tətbiqi üzrə təcrübəni paylaşır.

"Bu il konfransda ən vacib məsələlərdən biri  MDB ölkələri ərazisindən daşınan yüklərin mühafizəsi haqqında müqavilənin hazırlanması məsələsidir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti