...

Qırğızstandakı seçkilərdə ölkə hüdudlarından kənarda yaşayan seçicilərin 77,43 faizi səs verib

Siyasət Materials 23 İyul 2009 16:22 (UTC +04:00)
Qırğızstan Respublikasının xarici idarələrinin seçki məntəqələrində Qırğıstan Prezidentinin seçilməsinə səsvermə davam edir. Bu barədə Qırğızstanın Xarici İşlər Nazirliyinin press-relizində bildirilir.
Qırğızstandakı seçkilərdə ölkə hüdudlarından kənarda yaşayan seçicilərin 77,43 faizi səs verib

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir V.Javoronkova /

Qırğızstan Respublikasının xarici idarələrinin seçki məntəqələrində Qırğıstan Prezidentinin seçilməsinə səsvermə davam edir. Bu barədə Qırğızstanın Xarici İşlər Nazirliyinin press-relizində bildirilir.

Saat 15:00-a olan vəziyyətə görə, xaricdə yaşayan Qırğıztan vətəndaşlarından səs verənlərin ümumi sayı 113 119 nəfərdir ki, bu da ölkədən kənarda yaşayanların 77,43 faizidir. Onlardan Rusiya üzrə 100 591 nəfər, Qazaxıstan üzrə 9 906 min nəfər, AFR-də 1255 nəfər, BƏƏ-də 491 nəfər, Türkiyədə 80 nəfər səs verib. Bu barədə Qırğızstanın Xarici İşlər Nazirliyinin Prezident seçkilərinin hazırlığı və keçirilməsi üzrə təşkilat komitəsindən məlumat verilib.

Vətəndaşların səsvermə hüququnun təmin edilməsi məqsədi ilə xaricdə 49 seçki məntəqəsi açılıb.

Rusiya Federasiyasının 14 şəhərində 21 seçki məntəqəsi təşkil edilib: Sankt-Peterburq, Kazan, Yekaterinburq (hərəsində iki məntəqə), Krasnoyarsk, Çelyabinsk, Samara, Novosibirsk, Omsk, İrkutsk, Çita, Yakutsk, Surqut, Cənubi Saxalinsk. Moskvada və Moskva vilayətində 7 məntəqə açılıb. AFR-də 3 (Berlin, Bonn, Frankfurt-na-Mayne), Qazaxıstanda 3 (Astana, Alma-Ata), digər ölkələrdə is' bir seçki məntəqəsi yaradılıb.

Əsas siyahıya daxil edilən seçicilərin sayı 146 074 nəfərdir. Xarici idarələrin əməkdaşlarının qeyd etdiyi kimi, xaricdəki soydaşlar prezident seçkilərində böyük fəallıq göstərirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti