...

Gürcüstan XİN Moldovada ölkə vətəndaşlarının saxlanmasına etirazını bildirmək niyyətində deyil

Siyasət Materials 29 İyul 2009 20:26 (UTC +04:00)
Gürcüstanın Xarici İşlər Nazirliyi Moldovada parlament seçkilərində müşahidəçi kimi iştirak etməyə getmiş gürcü vətəndaşlarının saxlanılmasına etirazını bildirmək niyyətində deyil.
Gürcüstan XİN Moldovada ölkə vətəndaşlarının saxlanmasına etirazını bildirmək niyyətində deyil

Gürcüstan, Tbilisi, 29 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın Xarici İşlər Nazirliyi Moldovada parlament seçkilərində müşahidəçi kimi iştirak etməyə getmiş gürcü vətəndaşlarının saxlanılmasına etirazını bildirmək niyyətində deyil.

Xarici əlaqələr üzrə parlament komitəsinin iclasında xarici işlər nazirinin müavini Nino Kalandadze deyib ki, Kişinyovun rəsmi izahatına görə, saxlanılanlar Moldova MSK-da akreditə olunmayıblar. Onun sözlərinə görə, Kişinyovun Gürcüstan vətəndaşlarını ölkə ərazisinə buraxmamaq üçün qanuni əsasları olub. Lakin o, bu faktı xoşagəlməz adlandırıb, çünki gürcü müşahidəçilər Moldovaya xoş niyyətlə göndəriliblər.

Kalandadze həmçinin deyib ki, saxlanılanlar Moldovaya yola düşənə qədər belə vəziyyətlərdən xilas olmaq məqsədilə Gürcüstan XİN-ə müraciət etməyiblər.

Büronun dünənki iclasında parlament azlığının üzvü Georgi Tarqamadze XİN-dən saxlanılan gürcü vətəndaşları ilə bağlı Kişinyova rəsmi müraciət göndərməyi tələb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti