...

Prezident İlham Əliyev Azərbaycan və Koreya arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 23 Dekabr 2009 19:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il sentyabrın 16-da Seul şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan və Koreya arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il sentyabrın 16-da Seul şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sərəncamda göstərilən Memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Həmçinin Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti