...

Türkiyənin Baş naziri Türkmənistana səfər etməyə dəvət olunub

Siyasət Materials 26 Dekabr 2009 16:32 (UTC +04:00)
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədov Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanı, ona münasib olan bir vaxtda Türkmənistana səfərə dəvət edib.
Türkiyənin Baş naziri Türkmənistana səfər etməyə dəvət olunub

Türkmənistan, Aşqabad, 26 oktyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədov Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanı, ona münasib olan bir vaxtda Türkmənistana səfərə dəvət edib.

Bu təklif məmnuniyyətlə qəbul olunub. Tərəflərin razılığına görə, səfərin müddəti yaxınlarda diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.

Bu ərəfədə ölkə başçıları arasında telefon danışığı təşkil edilib. Bu barədə bu gün Türkmənistan hökümətinin mətbuat xidmətindən  bildirilir.

Tərəflər hazırkı vəziyyəti və hökümətlərarası əlaqələrin gələcək inkişaf perspektivlərini, həmçinin beynəlxalq və regional siyasətin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərini müzakirə ediblər.

Ankara və Aşqabad xalqlar arasında mənəvi doğmalıq və ənənəvi dostluq əsasında yaradılmış məhsuldar dialoqun intensivləşdirilməsinə ikitərəfli hazır olduqlarını təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti