...

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar Bakı yollarına qum səpilir

Siyasət Materials 6 Fevral 2010 12:00 (UTC +04:00)
Qarlı və buzlu hava şəraiti ilə əlaqədar Bakı yollarına qum və duz səpilir.
Qarlı və buzlu hava şəraiti ilə əlaqədar Bakı yollarına qum səpilir

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir M.Əliyev/

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar Bakı yollarına qum və duz səpilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə müdiri Cəmşid Hənifəyev şənbə günü Trend -a bildirib ki, artıq saat 11:30-dan sonra avtomobillərin hərəkəti intensivləşib.

Onun sözlərinə görə, son iki gündə cəmi bir ağır yol qəzası olub. Bu, dünən axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması hadisəsi olub. Hadisə zamanı piyada xəsarət alıb.

Şöbə rəisinin sözlərinə görə, buzlu yollara qum səpilib. BŞDYPİ sürücülərə şaxtalı və qarlı havalarda şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edir, onlardan ictimai nəqliyyatdan istifadə etmələrini xahiş edir.

Fevralın 4-dən 5-nə keçən gecə Bakıya qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.

Şaxtalı hava şəraiti ilə bağlı Bakı yol polisi fevralın 4-dən gücləndirilmiş iş rejimində işləyir.

Xəbər lenti

Xəbər lenti