Gürcüstan, Tbilisi, 9 fevral / Trend , N.Kirsxaliya/
Polşadan deportasiya olunmuş Gürcülər sabah xüsusi reyslə Gürcüstana yola düşəcəklər. Ümumiyyətlə 20-yədək Gürcüstan vətəndaşı deportasiya edilib, ancaq onların adları açıqlanmır.
Çarter reysi təxminən saat 6-da Tbilisi Beynəlxalq hava limanına çatacaq.
Polşa hökuməti sığınacaq verilməsini rədd edərək ölkədən 4 min gürcünü deportasiya etmək niyyətindədir.
Gürcüstan vətəndaşlarının deportasiyası ayda iki dəfə 20 nəfərlik qrup şəklində həyata keçiriləcək.