...

Azərbaycanın Baş naziri BVF-in missiya nümayəndələrini qəbul edib

Siyasət Materials 4 Mart 2010 19:46 (UTC +04:00)
Azərbaycanın Baş naziri Artur Rasizadə Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saxayı və xanım Ninke Omesi qəbul edib.
Azərbaycanın Baş naziri BVF-in missiya nümayəndələrini qəbul edib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş naziri Artur Rasizadə Beynəlxalq Valyuta Fondunun missiya nümayəndələri xanım Ratna Saxayı və xanım Ninke Omesi qəbul edib. Bu barədə cümə günü Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Səmimi qəbula görə Baş nazir Artur Rasizadəyə minnətdarlığını bildirən qonaqlar dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının qlobal böhranın təsirlərinə uğurla davam gətirdiyini xüsusi məmnunluqla vurğulayıblar. Onlar 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin dünyada ən yüksək göstəricilərdən biri olduğunu qeyd edərək, hökumətin qabaqlayıcı tədbirləri sayəsində inflasiya səviyyəsinin kəskin azaldığını, yoxsulluq həddinin 13 faizdən 11 faizə endiyini, sosial xərclərin artırıldığını müsbət tendensiya kimi dəyərləndiriblər. Bununla yanaşı, qeyri-neft sektorunda ÜDM artımının qorunub saxlandığı da nəzərə çatdırılıb.

Görüşdə dünya iqtisadi sisteminin strukturu, institusional və idarəetmə islahatlarındakı irəliləyişlər və perspektivlər, habelə özəl sektorun fəaliyyəti, xüsusən qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və neft fondu resurslarından səmərəli istifadə planları da müzakirə olunub.

Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti