...

Azərbaycan müxalifətinin bəzi liderləri birliyə mane olur – Müsavat deputat qrupunun üzvü

Siyasət Materials 10 Mart 2010 15:19 (UTC +04:00)
Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputat hesab edir ki, parlament seçkiləri ilə bağlı müxalifətin birliyinin yaranmamasının səbəbkarı bəzi partiyaların liderləridir.
Azərbaycan müxalifətinin bəzi liderləri birliyə mane olur – Müsavat deputat qrupunun üzvü

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputat hesab edir ki, parlament seçkiləri ilə bağlı müxalifətin birliyinin yaranmamasının səbəbkarı bəzi partiyaların liderləridir.

"Müxalifətin birliyinin baş tutmaması liderlərlə yanaşı, bəzi partiyalardakı funksionerlərin şəxsi maraqlarından da irəli gəlir", - çərşənbə günü Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında olub. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hüseynin sözlərinə görə, müxalifətin parlament seçkilərində vahid blokda iştirakı ilə bağlı aparılan müzakirələr də məhz bu səbəbdən müsbət nəticə vermir.

Müxalifətin parlament seçkilərində iştirakla bağlı iki blok yaratmaq təkliflərinə gəldikdə, millət vəkili bu təşəbbüsü dəstəklədiyini deyib.

"Çünki iki blok arasındakı birliyin yaradılması 10-12 partiya birliyinin yaranmasından daha asan görünür", - o əlavə edib.

Onun fikrincə, müxalifət bir blokda seçkilərdə iştirak etməsə də, seçki məsələsində əməkdaşlıq etməsi mümkündür.

"Seçkiqabağı demokratik mühitin yaradılması, seçki qanunvericiliyində dəyişikliklərin edilməsi, o cümlədən, seçki komissiyaları ilə bağlı vahid mövqeyin ortaya qoyulması, seçki kampaniyasının uzlaşdırılması, səsvermə zamanı müşahidənin birgə təşkili kimi məsələlərdə əməkdaşlıq etmək mümkündür", - Hüseyn vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti