...

Gürcüstan müxalifətinin vahid namizədi İrakli Alasaniya olmalıdır - SORĞU

Siyasət Materials 22 Mart 2010 13:07 (UTC +04:00)
Müxalifətin Tbilisi meriyasına vahid namizədi "Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniya olmalıdır.
Gürcüstan müxalifətinin vahid namizədi İrakli Alasaniya olmalıdır - SORĞU

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

Müxalifətin Tbilisi meriyasına vahid namizədi "Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniya olmalıdır. "Kviris palitra" qəzetinin oxucularının əksəriyyəti belə hesab edir.

Sorğuda iştirak edən 424 respondentdən 59 faizi onun nzamizədliyini dəstəkləyib.

İkinci yerdə "Gürcüstanın müdafiəsi" hərəkatının lideri Levan Qaçeçiladze (11,4 faiz), üçüncü yerdə isə "Sənayeçilər"in lideri Qoqi Topadze (5,2 faiz) qərarlaşıb.

Bu üçlüyü Xrisitan-demokrat hərəkatından olan namizəd Giya ÇanturiyaMilli forumun liderlərindən biri Qubaz Sanikidze təqib edir.

Xəbər lenti

Xəbər lenti