...

Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür – dövlət katibinin birinci müavini

Siyasət Materials 30 Mart 2010 11:30 (UTC +04:00)
Azərbaycan Birləşmiş Ştatların çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Ceyms Stainberq bazar ertəsi xarici jurnalistlərlə görüşdə bildirib - İTAR-TASS xəbər verir.
Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür – dövlət katibinin birinci müavini

Azərbaycan Birləşmiş Ştatların çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Ceyms Stainberq bazar ertəsi xarici jurnalistlərlə görüşdə bildirib - İTAR-TASS xəbər verir.

Diplomat bildirib ki, bir neçə ay bundan əvvəl Münhendə onun Prezident İlham Əliyevlə söhbəti baş tutub və bu zaman o, ABŞ-ın Azərbaycan ilə münasibətlərə nə dərəcədə əhəmiyyət verdiyini bildirib. Stainberqin bildirdiyinə görə, dövlət katibi Hillari Klinton dəfələrlə Azərbaycan lideri ilə telefon danışığı keçirib.

"Azərbaycan Birləşmiş Ştatların çox mühüm tərəfdaşıdır. Qafqazda təhlükəsizliyi və sülhü dəstəkləyən böyük gücdür", - o bildirib. - "Biz bir sıra məsələlərdə çox sıx fəaliyyət göstəririk və Minsk prosesinin tərəfdarıyıq. Stainberq bununla əlaqədar ATƏT-in Minsk qrupunun işinə dəstək olmaqda Prezident İlham Əliyevə səylərinə görə minnətdarlığını bildirib.

" Biz bilirik ki, bu məsələlər bütün tərəflər üçün çox çətindir və fikir ayrılıqlarını aradan qaldırmaq üçün yollar tapmalıyıq", - baş katibin birinci müavini qeyd edib. Vaşinqton əmindir ki, uzun müddətli perspektivdə Qafqazda daha dərin inteqrasiya bütün regionun maraqlarına cavab verə bilər".

Xəbər lenti

Xəbər lenti