Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Şimon Peresə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - məktubda deyilir.
İlham Əliyev Şimon Peresə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.