...

İran Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni tanımır - XİN rəsmisi

Siyasət Materials 26 May 2010 11:27 (UTC +04:00)
İran Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımır. Bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib, - İRNA xəbər verir.
İran Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi "parlament seçkiləri"ni tanımır - XİN rəsmisi

İran Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni tanımır. Bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib, - İRNA xəbər verir.

Mehmanpərəst İran müşahidəçilərinin "seçkilər"də iştirakı barədə əvvəlcədən yayılmış məlumatı təkzib edib.

Mayın 23-də separatçı rejim Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, Avropa İttifaqı bu seçkiləri tanımadıqlarını bəyan ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti