...

İlham Əliyev Nepalın Prezidentini milli bayram - Respublika günü münasibətilə təbrik edib

Siyasət Materials 28 May 2010 14:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nepal Prezidenti Ram Baran Yadavı milli bayram - Respublika günü münasibətilə təbrik edib. Bu məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Nepalın Prezidentini milli bayram - Respublika günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Prezidenti Ram Baran Yadavı milli bayram - Respublika günü münasibətilə təbrik edib. Bu məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından Nepalın milli bayramı olan Müstəqillik günü münasibətilə təbrik edirəm. Əminəm ki, bizim ölkələr arasında olan münasibətlər daim inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun möhkəmlənəcək", - İlham Əliyevin məktubunda deyilir.

Azərbaycan Prezidenti öz nepallı həmkarına xoş diləklər arzulayıb və dost Nepal xalqına sülh və əmin-amanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti