...

Azərbaycan gömrükçüləri İran və Gürcüstandan gətirilən külli miqdarda narkotika müsadirə ediblər

Siyasət Materials 31 May 2010 15:14 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Astara şəhər sakini Rəşadət Ərçəyev idarə etdiyi "KAMaz" markalı yük maşını ilə İrandan Azərbaycana "Duz" yükü gətirərkən həmin maşına gömrük baxışı keçirilib.
Azərbaycan gömrükçüləri İran və Gürcüstandan gətirilən külli miqdarda narkotika müsadirə ediblər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan gömrükçüləri İran və Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotikanı müsadirə edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Astara şəhər sakini Rəşadət Ərçəyev idarə etdiyi "KAMaz" markalı yük maşını ilə İrandan Azərbaycana "Duz" yükü gətirərkən həmin maşına gömrük baxışı keçirilib.

Avtomobilin təkərinin içərisindən "Saf İnstant" sözləri yazılmış 10 ədəd bağlama olmaqla, xalis çəkisi 10 kq 200 qram olan narkotik vasitə - həşiş qatranı aşkar edilərək götürülüb.

Tovuz Gömrük İdarəsinin "Sınıqkörpü" gömrük postunda Gürcüstandan Azərbaycana sərnişin dəhlizi ilə gələn Gürcüstan vətəndaşı İsmayıl Məmmədova məxsus əl çantasında yoxlama keçirilən zaman oradan gömrük nəzarətinə bəyan olunmamış 31 adda ("Prednol", "Aknefuq", "Glukovance", "Estrofem", "Cafergot" və s.), cəmi 72 ədəd dərman preparatı aşkar olunub.

Gürcüstan Respublikası istiqamətindən gələn vətəndaşlardan daxil olmuş məlumata əsasən, "Sınıqkörpü" gömrük postunun Gürcüstan tərəfdən giriş qapısı yaxınlığında sahibi olmayan çanta aşkar edilib.

Çantaya baxış keçirilən zaman oradan 3 qutu "Tioqamma", 10 ədəd "Liziqamma", 10 ədəd "Maltofer", 29 ədəd "Bisoqamma", 45 ədəd "Glukovance" və 100 ədəd "Diprospan" adlı dərman preparatı aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti