...

Bakıda GUAM Ölkələri Gənc Liderlərinin Forumu işə başlayıb

Siyasət Materials 25 İyun 2010 15:27 (UTC +04:00)
Bakıda cümə günü GUAM Ölkələri Gənc Liderlərinin Forumu işə başlayıb.
Bakıda GUAM Ölkələri Gənc Liderlərinin Forumu işə başlayıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü GUAM Ölkələri Gənc Liderlərinin Forumu işə başlayıb. Forumun başlıca məqsədi GUAM çərçivəsində gələcək beynəlxalq əməkdaşlıqla bağlı istiqamətlərin müzakirəsi və birgə tədbirlərin razılaşdırılmasıdır.

Təşkilatın baş katibi Valeri Çeçelaşvilinin sözlərinə görə, GUAM çərçivəsində gənclərin ünsiyyəti perspektiv layihə və proqramların işlənib-hazırlanmasına kömək edəcək ki, onlar da GUAM, GUAM+ formatında həyata keçiriləcək.

"GUAM-ın Yaponiya, ABŞ və Çexiyadakı tərəfdaşları ilə yaxşı əlaqələri var. Onlar GUAM çərçivəsində gənclər proqramlarının həyata keçirilməsinə kömək edəcək", - cümə günü jurnalistlərə Çeçelaşvili bildirib.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, işçi qruplar forum çərçivəsində proqramların daha effektli həyata keçirilməsi üçün əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

"Forum zamanı GUAM ölkələri gənclərinin dondurulmuş münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində rolu müzakirə ediləcək", - Babayev deyib.

Müzakirələr həm dövlət strukturları, həm də gənclər təşkilatları arasında aparılacaq.

Forumun ilk iclası 2006-cı il martın 9-12-də Moldovanın paytaxtında keçirilib.

Xəbər lenti

Xəbər lenti