...

Azərbaycan Prezidenti Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Siyasət Materials 8 İyul 2010 15:18 (UTC +04:00)
Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

İyulun 8-də Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və komplekslə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısı müasir idman qurğusunun bölmələrini gəzdi, idmançıların məşq prosesini izlədi. Prezident İlham Əliyev hovuza, futbol stadionuna, açıq voleybol, tennis və mini-futbol meydançalarına, kotteclərə baxdı, yaradılan şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti