...

Gürcüstan Baş nazirinin müavini Vyanada ATƏT-in baş katibi ilə görüşəcək

Siyasət Materials 21 İyul 2010 19:19 (UTC +04:00)
Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze işgüzar səfərlə Vyanaya yola düşəcək.
Gürcüstan Baş nazirinin müavini Vyanada ATƏT-in baş katibi ilə görüşəcək

Gürcüstan, Tbilisi, 21 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze işgüzar səfərlə Vyanaya yola düşəcək. Orada Baramidzenin Avstriyanın qanunverici və icraedici orqanının nümayəndələri və ATƏT-in baş katibi Mark Perrin de Brişambo ilə görüşləri planlaşdırılıb. Bu barədə Baş nazirin aparatından bildiriblər.

Görüş zamanı nazir müavini ölkədə gedən hazırkı demokratik proseslər, Gürcüstan-Rusiya münaqişəsinin nizamlanması, Gürcüstan ərazilərinin azad olunması və bu proseslərdə beynəlxalq ictimaiyyətin iştirakından danışacaq.

Xəbər lenti

Xəbər lenti