...

Tbilisi həkimləri ikiyaşlı azərbaycanlı uşağın həyatını xilas ediblər

Siyasət Materials 30 İyul 2010 11:51 (UTC +04:00)
Tbilisi həkimləri ikiyaşlı azərbaycanlı Bayram Axundovun həyatını xilas etməyə nail olublar.
Tbilisi həkimləri ikiyaşlı azərbaycanlı uşağın həyatını xilas ediblər

Gürcüstan, Tbilisi, 30 iyul /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi həkimləri ikiyaşlı azərbaycanlı Bayram Axundovun həyatını xilas etməyə nail olublar. İaşvili adına Tbilisi Pediatriya Klinikasından Trend-ə verilən məlumata görə, dünən buraya Bolnisi rayonundan ağır zəhərlənmə ilə uzaq gətirilib.

Bayram ağ neft içdikdən sonra zəhərlənib. Körpəyə ilk yardım Bolnisi xəstəxanasında göstərilib, buradan o, Fövqəladə Hallar Xidmətinin reanimasiya avtomobilində Tbilisiyə çatdırılıb.

İndi ikiyaşlı xəstənin vəziyyəti sabitdir və onun həyatı təhlükədə deyil.

Xəbər lenti

Xəbər lenti