...

Türkiyədə parlament seçkiləri başlayıb

Siyasət Materials 12 İyun 2011 09:00 (UTC +04:00)
Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.
Türkiyədə parlament seçkiləri başlayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Tağıyeva/

Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.

Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.

Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.

Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edəcək.

Türkiyənin 32 şərq və cənub vilayətlərində səsvermə saat 07:00-da başlayacaq və 16:00-da başa çatacaq. Qalan vilayətlərdə isə seçkilər saat 08:00-dan 17:00-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti