...

Xanlar Vəliyev: Hərbi prokurorluq orqanlarında korrupsiya və rüşvətxorluqla bağlı 58 fakt üzrə cinayət işi başlanıb

Siyasət Materials 29 İyul 2011 17:47 (UTC +04:00)
Bu ilin altı ayı ərzində respublikanın hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Trend-in məlumatına görə, bunu birinci yarımilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı ölkənin hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev: Hərbi prokurorluq orqanlarında korrupsiya və rüşvətxorluqla bağlı 58 fakt üzrə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin altı ayı ərzində respublikanın hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Trend-in məlumatına görə, bunu birinci yarımilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı ölkənin hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyev deyib.

"Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və inandırma metodlarının vəhdəti üzərində quran hərbi prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi kommisarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşv ət alma (passiv rüşv ətxorluq), 313 (v əzif ə saxtakarlığı), 341.1 (hakimiyy ətd ən sui-istifad ə etm ə, hakimiyy ət h əddini aşma v ə ya hakimiyy ətd ən istifad ə etm əm ə) maddələri ilə cinayət işləri başlanmış və istintaqı davam etdirilir", - Vəliyev deyib.

Ölkə başçısının "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanında və Nazirlər Kabinetinin 12 iyul 2011-ci ildə altı ayın yekunlarına dair iclasındakı çıxışında rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlər davam etdirilməlidir.

Xəbər lenti

Xəbər lenti