...

Azərbaycanın müxalifət partiyaları yeni birlik barədə müzakirə aparacaqlar

Siyasət Materials 25 Avqust 2011 12:35 (UTC +04:00)
Bu həftə ərzində Azərbaycanın 6 müxalif partiyasının sədrlərinin görüşü keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.
Azərbaycanın müxalifət partiyaları yeni birlik barədə müzakirə aparacaqlar

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Bu həftə ərzində Azərbaycanın 6 müxalif partiyasının sədrlərinin görüşü keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, VİP, Liberal (ALP), Demokrat (ADP), Milli İstiqlal (AMİP), Ümid və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları sədrlərinin görüşündə KXCP sədri müxalifətin birliyi üçün Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının sədrləri ilə apardığı danışıqların nəticələri ilə bağlı məlumat verəcək və müzakirələr aparılacaq.

Bir müddət öncə Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə 8 siyası partiyanın rəhbərlərinin görüşləri təşkil olunsa da, AXCP və Müsavat rəhbərləri həmin görüşdə iştirak etməmişdi. Görüşdə iştirak edən 6 partiyanın rəhbərləri onların adından AXCP və Müsavatla danışıqlar aparılması üçün KXCP sədri Mirmahmud Mirəlioğluna mandat vermişdilər.

Mirəlioğlu avqustun 16-da Əli Kərimli, avqustun 25-də isə İsa Qəmbərlə görüşüb.

Xəbər lenti

Xəbər lenti