...

Bir sıra Avropa ölkələri PKK-nı dəstəkləyir - Türkiyə parlamenti

Siyasət Materials 9 Yanvar 2012 16:03 (UTC +04:00)
Terrorçu Kürd Fəhlə Partiyası (PKK) bir sıra Avropa ölkələri tərəfindən dəstəklənir.
Bir sıra Avropa ölkələri PKK-nı dəstəkləyir - Türkiyə parlamenti

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) bir sıra Avropa ölkələri tərəfindən dəstəklənir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib.

Çiçək hesab edir ki, beynəlxalq əməkdaşlıq terrorizmlə mübarizədə kifayət qədər güclü deyil və nəticələr vermir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti