...

Müsavat Partiyası başqanının yeni müşavirləri təyin edilib

Siyasət Materials 31 Mart 2012 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.Mehdiyev/

Müxalif Müsavat Partiyası Məclisinin şənbə günü keçirilən iclasında başqanın yeni müşavirləri təyin edilib.

Trend-in məlumatına görə, yeni müşavirlər Muxtar Cəmilli, Nizaməddin Quliyev, Mərdan Mehdiyev və Yeganə Hacıyevadır.

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tofiq Yaqublu qurultayla bağlı deyib ki, partiya qurultayın keçirilməsinə təşkilati və texniki baxımdan hazırdır.

Partiya funksioneri Gülağa Aslanlı isə deyib ki, İctimai Palata 8 aprel mitinqinin Nərimanov kinoteatrının və ya Təbriz kinoteatrının qarşısında keçirilməsini istəyir.

Xəbər lenti

Xəbər lenti