...

Astananın MDB-nin mədəniyyət paytaxtı seçilməsi Qazaxıstanın Avrasiyada inteqrasiya proseslərində böyük rolunu göstərir – Polad Bülbüloğlu

Siyasət Materials 15 İyun 2012 19:43 (UTC +04:00)
2012-ci ildə Astanın həm MDB-nin, həm də Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Qazaxıstanın Avrasiyada inteqrasiya proseslərində oynadığı böyük rolu göstərir. Bunu cümə günü "Yeni dünyada Avrasiya mədəniyyəti" adlı Beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) idarə heyətinin sədri Polad Bülbüloğlu bildirib.
Astananın MDB-nin mədəniyyət paytaxtı seçilməsi Qazaxıstanın Avrasiyada inteqrasiya proseslərində böyük rolunu göstərir – Polad Bülbüloğlu

Qazaxıstan, Astana, 15 iyun /Trend, müxbir D.Muxtarov/

2012-ci ildə Astananın həm MDB-nin, həm də Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Qazaxıstanın Avrasiyada inteqrasiya proseslərində oynadığı böyük rolu göstərir. Bunu cümə günü "Yeni dünyada Avrasiya mədəniyyəti" adlı Beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) idarə heyətinin sədri Polad Bülbüloğlu bildirib.

Astanada keçirilən forum Qazaxıstanın mədəniyyət və informasiya nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təşkil olunub.

Bülbüloğlu qeyd edib ki, DHƏF müxtəlif humanitar tədbirləri keçirərək dövlətlərarası və millətlərarası əlaqələri uğurla möhkəmləndirir.

Onun sözlərinə görə, beynəlxalq iqtisadi böhran, həll olunmamış beynəlxalq qarşıdurmalar, MDB məkanında millətlərarası münaqişələr, Yaxın Şərqdə və İran ətrafındakı hadisələri nəzərə alaraq, Qazaxıstanın Qərblə Şərq arasında olan problemlərin gündəmə gətirilməsi üzrə təşəbbüsü çox vacibdir və olduqca vaxtında irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti