...

Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb (FOTO)

Siyasət Materials 23 İyun 2012 01:13 (UTC +04:00)
Cümə günü Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair Saziş" imzalanıb.
Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Cümə günü Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair Saziş" imzalanıb. Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalayıblar. Bu barədə AzərTAc xəbər yayıb.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko Ravazi Mehriban xanım Əliyevaya Romaya bu səfərinə və görüşə görə təşəkkürünü bildirdi. Görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd etdi. Kardinal Ravazi vurğuladı ki, bu gün imzalanacaq sənəd dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu əməkdaşlığın inkişafında daim maraqlıdır.

Sonra imzalanma mərasimi oldu. Mərasimdə Mehriban xanım Əliyeva çıxış etdi.

Xəbər lenti

Xəbər lenti