...

Krans Montana Forumunun iştirakçılarının şərəfinə Bakıda ziyafət verilib (FOTO)

Siyasət Materials 30 İyun 2012 02:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan yüksək vəzifəli qonaqların şərəfinə cümə günü ziyafət verilib.
Krans Montana Forumunun iştirakçılarının şərəfinə Bakıda ziyafət verilib (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Bakıda keçirilən Krans Montana Forumunun iştirakçılarının şərəfinə icümə günü "Buta" sarayında rəsmi ziyafət verilmişdir.

Dövlət və hökumət rəsmilərinin iştirak etdiyi tədbirdə Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron forumun ideyalarına sadiqliyinə görə "Panrail" dəmir yolu avadanlığı istehsalı şirkətinin rəhbəri Hans Corc Andrasa, xaricdə yaşayan fransızların işləri üzrə senator Kristofe Andre Frassaya və Avropa İqtisadi Palatasının rəhbəri Kərim Əlirzayevə mükafatlar təqdim etmişdir.

Sonra bir qrup şəxsə forumun diplomları təqdim olunmuşdur.

Ziyafətdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti qonaqlara unudulmaz anlar bəxş etmişdir.

Xəbər lenti

Xəbər lenti