...

İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Siyasət Materials 2 Sentyabr 2012 14:21 (UTC +04:00)
İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib.
İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Bazar günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub" dəhlizi və ölkəmiz ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti