...

Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Siyasət Materials 5 Oktyabr 2012 16:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Dora Bakoyannisi qəbul edib.
Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Dora Bakoyannisi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə toxunan nazir Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin genişlənməsi üçün potensialın olduğunu, xüsusilə də enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının mövcud olduğunu nəzərə çatdırıb.

Xanım Dora Bakoyannis Bakıda növbəti dəfə olmağından məmnun olduğunu bildirib və bu günlərdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

O, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin gələcək inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti