...

Oqtay Əsədov: Qara dəniz bölgəsi böyük potensiala malikdir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Noyabr 2012 11:20 (UTC +04:00)
Milli Məclisdə çərşənbə axşamı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclası öz işinə başlayıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə çərşənbə axşamı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclası QİƏT PM sədri, Milli Məclisin spikeri Oqtay Əsədov açıb.

QİƏT PM sədri, Milli Məclisin spikeri Oqtay Əsədov iclasın açılışında bildirib ki, QİƏT çərçivəsində həyata keçirilən işlər təşkilata üzv ölkələrin arasında iş birliyinin inkişafına səbəb olur.

Onun sözlərinə görə, Milli Məclis 6 aydır ki, quruma sədrliyi qəbul edib və bu müddət ərzində QİƏT-in fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində öz səylərini göstərib.

Əsədov qeyd edib ki, dünyada mövcud siyasi, ekoloji, iqtisadi problemlərini ölkələrin birgə əməkdaşlığı olmadan həll etmək mümkün deyil.

"Qara dəniz bölgəsi böyük potensiala malikdir" deyən spiker mövcud transmilli layihələr barədə məlumat verib.

Həmçinin Əsədov təəssüflə qeyd edib ki, bölgədə mövcud olan bir sıra münaqişələr regionun inkişafına maneəyə çevrilir.

"İnanırıq ki, bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində, ədalətli şəkildə tezliklə öz həllini tapacaq", - MM sədri deyib.

Sonra Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti