...

Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib

Siyasət Materials 10 Dekabr 2012 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişi və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.

Səfər zamanı müdafiə nazirinin bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarını imzalayacağı da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti