...

Rusiya "Şimal ölçüsü"ndə Minskə müşahidəçi statusunun verilməsini istəyir

Siyasət Materials 18 Fevral 2013 22:41 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Şimal ölçüsü" nazirlərinin üçüncü toplantısında bildirib ki, Moskva Belorusun qurum daxilində müşahidəçi statusu almasını istəyir.
Rusiya "Şimal ölçüsü"ndə Minskə müşahidəçi statusunun verilməsini istəyir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Şimal ölçüsü" nazirlərinin üçüncü toplantısında bildirib ki, Moskva Belorusun qurum daxilində müşahidəçi statusu almasını istəyir. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu haqda qapalı keçirilən iclasda iştirak edən rusiyalı nümayəndə heyətidəki mənbə məlumat verib.

"Şimal ölçüsü" 2006-cı ildə Helsinkidə keçirilmiş yüksək səviyyəli görüşdə formalaşdırılmış dörd bərabərhüquqlu tərəfdaşların - Rusiyanın, AB-nin, İslandiyanın və Norveçin birgə siyasətini əks etdirir.

Mənbənin sözlərinə görə, Lavrov bildirib ki, Rusiya Belorusun müşahidəçi statusu almasına və ŞÖ ilə Minsk arasında əməkdaşlığın genişləndirilməsinə çalışacaq.

Qeyd edək ki, Avropa Birliyinin dəvətilə Brüsseldə "Şimal ölçüsü" ölkələrinin nazirlərinin üçüncü qapalı toplantısı keçirilir.

Xəbər lenti

Xəbər lenti