...

Barak Obama İsraildə təltif ediləcək

Siyasət Materials 19 Fevral 2013 02:37 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama İsrailə gələn aya planlaşdırılan səfəri çərçəvəsində bu dövlətin və onun əhalisinin təhlükəsizliyinin güclənməsinə verdiyi unikal və əhəmiyyətli töhfəyə görə, medalla təltif ediləcək.
Barak Obama İsraildə təltif ediləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend/

ABŞ prezidenti Barak Obama İsrailə gələn aya planlaşdırılan səfəri çərçəvəsində bu dövlətin və onun əhalisinin təhlükəsizliyinin güclənməsinə verdiyi unikal və əhəmiyyətli töhfəyə görə, medalla təltif ediləcək. Trend-in RBK-ya istinadən yaydığı məlumatda bildirilir ki, bunu İsrail prezidenti Şimon Peres deyib.

Məlumatda deyilir ki, medal İsrailin ictimaiyyət və ABŞ administrasiyası nümayəndələrinin iştirakı ilə keçiriləcək ziyafətdə təqdim olunacaq.

Bu medala layiq görülmüşlər sırasında ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və İsrailin filarmoniya orkestrinin rəhbəri Uri Slonim də var.

İki ölkə arasında təltiflər mübadiləsinin olması ilk dəfə deyil. Belə ki, ötən il Obama Peresə "Azadlıq" medalını təqdim etmişdi.

Qeyri-rəsmi məlumatlara görə, Obamanın İsrailə səfəri martın 20-də baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti