...

Azərbaycan Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilib

Siyasət Materials 5 Aprel 2013 17:25 (UTC +04:00)
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) fəxri prezident və klubun prezidenti vəzifələri ləğv edilmişdir. Onların əvəzinə sədr, sədrin müavini, idarə heyətinin üzvləri və klubun baş icraçı direktoru vəzifələri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) fəxri prezident və klubun prezidenti vəzifələri ləğv edilmişdir. Onların əvəzinə sədr, sədrin müavini, idarə heyətinin üzvləri və klubun baş icraçı direktoru vəzifələri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CEİBC-nin sədri seçilmişdir.

AzərTAc xəbər verir ki, bu barədə CEİBC-nin keçmiş prezidenti və baş icraçı direktoru Telman Əliyev sənaye və energetika naziri Natiq Əliyevin CEİBC-yə üzv şirkətlərin nümayəndələri ilə görüşü zamanı məlumat vermişdir.

T.Əliyev demişdir ki, klubun sədri beynəlxalq arenada, regionda, ən əsası isə Azərbaycanda böyük nüfuza malik olan, şirkət və müəssisələrin problemlərinin həllinə kömək və dəstək göstərə bilən şəxs olmalıdır.

T.Əliyev onların təklifini qəbul etdiyi üçün CEİBC-nin üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirmiş və bu gündən Prezident İlham Əliyevin CEİBC-nin sədri olduğunu vurğulamışdır.

Əvvəllər klubun prezidenti və baş icraçı direktoru vəzifələrini icra edən T.Əliyev CEİBC-nin baş icraçı direktoru seçilmişdir. Sədrin müavini vəzifəsinə hələlik heç kim təyin olunmamışdır. Əbülfəz Hacıyev, Natalya Əliyeva (Susel) klub idarə heyətinin üzvü seçilmişlər. Kristofor Mott Xidmət Klubunun prezidenti, Ergün Məmmədov Turizm Klubunun prezidenti təyin olunmuşlar.

T.Əliyev qeyd etmişdir ki, bu dəyişikliklər CEİBC-nin fəaliyyətinin beynəlxalq korporativ idarəetmə standartlarına uyğunlaşdırılması ilə əlaqədar olaraq apreldə həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti