...

Azərbaycan Parlamentində fahişəliyin leqallaşdırılması müzakirə edilib

Siyasət Materials 19 Aprel 2013 14:06 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən plenar iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna və Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi maraqlı təkliflə yekunlaşıb. Trend-in məlumatına görə, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, fahişəlik məsələsinə bir az fərqli prizmadan baxmaq lazımdır.
Azərbaycan Parlamentində fahişəliyin leqallaşdırılması müzakirə edilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən plenar iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna və Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi maraqlı təkliflə yekunlaşıb. Trend-in məlumatına görə, YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, fahişəlik məsələsinə bir az fərqli prizmadan baxmaq lazımdır.

"Biz qanunları sərtləşdiririk, sərtləşdirirk, ancaq problemlər bir az da ağırlaşır. Bu işlə məşğul olanlar onunla yenə məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün bir çox ölkələrdən belələri Azərbaycana axışır", - o deyib.

O, bu sahədə beynəlxalq təcrübədən istifadə olunmasını təklif edib.

Çıxışa münasibət bildirən birinci vitse-spiker Ziyafət Əsgərov Siyavuş Novruzovun fahişəliyi leqallaşdırmağı təklif edib-etmədiyini soruşub.

Siyavuş Novruzov da yenidən bildirib ki, beynəlxalq təcrübədən istifadə olunmalıdır və bu, bir çox problemlərin qarşısını alacaq.

Ziyafət Əsgərov həmkarına cavab verib.

"Siz çıxışınızda milli-mənəvi dəyərlərdən danışdınız, sonra tamamilə onun əleyhinə olan fikirlər söylədiniz. İndi biz fahişəliyi leqallaşdıiraq?!", - Əsgərov soruşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti