...

Türkiyənin Turizm Assosiasiyası vətəndaşları təxribatlara uymamağa çağırıb

Siyasət Materials 5 İyun 2013 11:32 (UTC +04:00)
Türkiyənin Turizm Assosiasiyası vətəndaşları təxribatlara uymamağa çağırıb.
Türkiyənin Turizm Assosiasiyası vətəndaşları təxribatlara uymamağa çağırıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Turizm Assosiasiyası vətəndaşları təxribatlara uymamağa çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Qəzetin yazdığına görə, assosiasiya bildirir ki, Türkiyənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları ölkənin turizm sektoruna böyük zərər vurub.

Daha əvvəl məlumat yayılıb ki, xarici turistlərin təxminən 30 faizi İstanbul hotellərində bron edilən yerləri ləğv edib. Taksim meydanına yaxın yerlərdə yerləşən hotellərdə bron edilən yerlərin ləğvinin artacağı gözlənilir.

Türkiyənin Turizm Assosiasiyası hesabatına görə, son 5 ayda İstanbulu 3 milyondan artıq xarici turist ziyarət edib.

Daha əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, nümayişlər nəticəsində Türkiyəyə 70 milyon lirə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti